Bia.Az

“Putinlə Rusiya ordusu arasında parçalanma dərinləşir” - Ekspert

Dünya
 15-11-2022, 01:32     154

Rusiyalı müxalifətçi və jurnalist İqor Yakovenko hesab edir ki, Putin rejimi və generallar arasında çat dərinləşir. 
O, «Esprecco»nun efirindən qeyd edib ki, onlar arasında konsalidasiya müvəqqətidir («UNİAN»).

«RF-nin yaşaya bilməsi üçün kifayət qədər böyük resurslar var. Biz bilmirik, Ukrayna ordusunun hansı növbəti qələbəsindən sonra Rusiya rejimi dağılmağa başlayacaq. Amma çatlar artıq gedib və bu, aydın görünür. Putinlə Rusiya ordusu arasında çat dərinləşir. Bu, görünəndir, çünki generallar lap başlanğıcdan bu müharibənin əleyhinə olublar» - Yakovenko izah edib.
Müxalifətçi qeyd edib ki, Putin RF Baş Qərargahını və ordusunu döyüşməyə məcbur edib, indi isə onları cəbhədəki məğlubiyyətə görə məsuliyyətə cəlb etmək istəyir.

«Priqojin və Kadırov tərəfindən endirilən zərbə general Lapinin başını Putinə podnosda gətirməklə, Baş Qərargah rəisi Gerasimova qarşı yönəlib. O isə artıq mərhəmətdən uzaqdadır və mümkündür ki, növbəti qurban olacaq. Generallar bu «kəsim»də qoyun olmaq istəmirlər. Onlar müəyyən anda, nə zaman ki, Putindən tam narazılıq gəlib çatacaq, o zaman öz sözlərini deyəcəklər» - Yakovenko yekunlaşdırıb./AzPolitika.info
скачать dle 12.1