Bia.Az

İran bu ölkəni raketlə vurdu – Ölü və yaralılar var

Dünya
 15-11-2022, 01:19     148

İran İnqilab Keşikçiləri Ordusu İraqın şimalında İraq Kürd Regional Rəhbərliyinə bağlı İran Kürdüstan Demokratik Partiyasının binalarını raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.

  

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərbildə müxalif İran Kürdüstanı Demokratik Partiyasının binasını 2 raketlə vuran İran qısa müddətdə Süleymaniyyənin Ərbet rayonunda İranın kürd müxalifət partiyası Komala binasını PUA ilə bombalayıb.

Hadisə nəticəsində 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.

Hücumdan qısa müddət sonra ABŞ-ın Ərbil konsulluğundan həyəcan siqnalı verilib.скачать dle 12.1