Bia.Az

"Paşinyanın imzaladığı sənədlərdə Dağlıq Qarabağın adı ümumiyyətlə yoxdur" - Mikoyan

Dünya
 14-11-2022, 17:31     143

“”Dağlıq Qarabağ” adı Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın imzaladığı sənədlərdə heç vaxt qeyd olunmur”.

Bizimyol.info xəbər verir ki, bunu Yerevan.today - a Ermənistanın ikinci prezidentinin ofisinin koordinatoru Baqrat Mikoyan Nikol Paşinyanın son müsahibəsini şərh edərkən deyib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində danışıqlar prosesinin əsası kimi qəbul edilmiş Madrid prinsiplərinə uyğun olaraq, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını bəyan edib.

Mikoyan isə bildirib: “2007-ci ildə gərgin danışıqlardan sonra müzakirə edilən Madrid prinsiplərində Artsax nəinki Azərbaycanın bir hissəsi kimi tanınmadı, üstəlik, onun öz müqəddəratını təyinetmə hüququ ilk dəfə beynəlxalq səviyyədə tanındı və təmin edildi.

Paşinyan “Artsax Respublikası” və “öz müqəddəratını təyinetmə” sözlərini tələffüz etməkdən qorxur.

Robert Köçəryan prezident olanda Minsk Qrupunun həmsədrləri demək olar ki, həmişə Qarabağa səfər edib, onun prezidenti ilə onlarla dəfə danışıqlar aparıblar. Paşinyanın dövründə bu belə deyildi, bu isə o deməkdir ki, Artsax indiki baş nazirin dövründə nəhayət danışıqlardan kənarlaşdırıldı”.
скачать dle 12.1