Bia.Az

Ombudsman bu toyda rəqsi ilə diqqət çəkdi - Video

Cəmiyyət
 13-11-2022, 12:21     193

Lənkəranda Vətən müharibəsi qazisi Vələhd Vəliyevin noyabrın 11-də toy şənliyi keçirilib.

Kult.az Bakupost.az-a istinadən xəbər verir ki, toya gələn qonaqlar arasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da olub.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Zəngilan istiqamətindəki döyüşlər zamanı şəhid olduğu deyilən leytenant Vəliəhəd Vəliyevin dəfn mərasimi keçirilmişdi. Daha sonra məlum olmuşdu ki, V.Vəliyev erməni əsirliyndədir. Bundan sonra o, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirliyindən və girovluğundan azad olunmuşdu.

Allah xoşbəxt eləsin!
скачать dle 12.1