Bia.Az

Şolts İranı sərt tənqid etdi: Necə hökumətsiniz ki...

Dünya
 13-11-2022, 01:37     149

Tehran hakimiyyətinə sadəcə bunu deyə bilərəm: Siz necə hökumətsiniz ki, öz vətəndaşlarınıza atəş açırsınız?

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts İran XİN başçısı Hüseyn Əmir Abdullahiana cavabında deyib.

“Bu cür hərəkət edən hər kəs Almaniyanın müqaviməti ilə üzləşə bilər. Aksiyada iştirak edənlərə ağır işgəncələr verilir. Küçələrdə və məhkəmə zallarında baş verənləri də görürük. Bunlar tamamilə qəbuledilməzdir”, - kansler bildirib.

O.Şolts qeyd edib ki, İranda baş verən aksiyalar təkcə geyimlə bağlı məsələ deyil:

“Bu, azadlıq və ədalət uğrunda mübarizəyə çevrilib”.

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok İrana sanksiyalar tətbiq edəcəklərini açıqlamışdı.

Hüseyn Əmir Abdullahian isə alman həmkarına cavabında bildirib ki, köhnə əlaqələri pozmaq uzunmüddətli problemlərə səbəb ola bilər:

“Almaniya ya ümumi problemləri həll etməyi, ya da İranla qarşıdurmanı seçə bilər. Cavabımız dəqiq olacaq”.скачать dle 12.1