Bia.Az

Məşhur müsavatçının kapitan oğlu Ukraynada döyüşür - FOTO

Cəmiyyət
 12-11-2022, 17:07     194

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının oğlu Elşad Aslanov Ukrayna-Rusiya müharibəsində döyüşür.

Musavat.com xəbər verir ki, bu barədə Müsavat Məclisinin üzvü Fəxrəddin Abbas facebook səhifəsində Azad Omarov adlı Ukraynada yaşayan azərbaycanlının yazısına istinadən paylaşım edib.

Yazıda Elşad Aslanovun Ukrayna ordusunun kapitanı olduğu və Rusiya ordusuna qarşı qəhrəmanlıqla döyüşdüyü qeyd edilib:

“Ukraynanın Vətən (bəkə də Böyük Vətən) savaşında həmyerlilərimiz Ukraynalılarla bərabər bütün cəbhələrdə iştirak edirlər: istər maddi yardım göstərməkdə, istər yerli özünümüdafiə dəstələrində, istərsə də ön cəbhədə... Ön cəbhədə savaşanlarımız heç də ukraynalılardan geri qalmırlar. Axı hamı yaxşı bilir ki, düşmən eynidir, istər Azərbaycanda savaş, istər Ukraynada... Qəhrəman şəhidlərimiz, yaralı qazilərimizlə yanaşı, bu qutsal savaşın ilk günlərindən ön cəbhədə düşmənlə təmas xəttində savaşan igidlərimiz də çoxdur. Belə igidlərimizdən biri də hal-hazırda Donetsk istiqamətində, son zamanlar ən ağır döyşlər gedən bölgədə ön cəbhədə həmyerlimiz xidmət rəisi kapitan Elşad Aslanovdur”.

Sonda bildirilir ki, Ukrayna Ordusunun kapitanı Elşad Aslanov həm yaxşı oğul, həm də yaxşı ailə başçısıdır, onun üç qız övladı var.скачать dle 12.1