Bia.Az

Mingəçevirdə UCUZ ATƏŞFƏŞANLIQ ŞOUSU - FOTO, VİDEO

Cəmiyyət
 12-11-2022, 12:26     183

Dünən Mingəçevir şəhərinin 74 illiyi münasibəti ilə atəsfəsanlıq təşkil olunub. DİA.AZ bildirir ki, bu törən kimlər üçünsə əyləncəyə çevrilsə də, Mingəçevirdən olan ictimai fəal İbrahim Türksoya baha başa gəlib.

Bu barədə açıqlama verən İ.Türksoy bildirir ki, xoşbəxtlikdən atəşfəşanlığın qurbanı təkcə özü olub: "Ətrafda körpə uşaqlar da var idi. Allahdan onlara bir şey olmadı.

Ucuz şounun nəticəsi belə olmalı idi.

Əlimdə, sinəmdə deşiklər var... Sağ qulağım yerə düşən qığılcımlar səbəbindən parçalanıb. Yaxşı ki körpə uşaqlara bir şey olmadı".

Mingəçevirdə UCUZ ATƏŞFƏŞANLIQ ŞOUSU
Mingəçevirdə UCUZ ATƏŞFƏŞANLIQ ŞOUSU

"Mən həmişəki kimi dözümlüyəm" deyib öz ağrılarını unudan ictimai fəal yenə də yaxınlıqdakı körpələri düşünür. DİA.AZ hadisənin videofaktını da təqdim edir:



Hər halda bu kimi olayların məqsədli törədildiyini deyə bilmərik. Amma rahatlıqla iddia edə bilərik ki, atəşfəşanlığın təşkilatçıları bu törənə artıq külli miqdarda büdcə pulunu mənimsəyiblər... FAKT ORTADADIR...

Dia.az olaraq məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
скачать dle 12.1