Bia.Az

Türk dövlətləri hərəkətə keçdilər – Böyük birlik üçün kritik addım

Siyasət
 11-11-2022, 14:25     160

“Türk ölkələrinin liderlərinin müntəzəm olaraq keçirilən zirvə görüşləri qarşılıqlı siyasi fəaliyyət üçün sabit platforma yaratmağa imkan verdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Türk Dövlətləri Təşkilatı liderlərinin Özbəkistanda keçirilən növbəti sammitinə diqqət çəkib:

“Türk dövlətləri siyasi-iqtisadi inteqrasiya yolunda bir neçə inkişaf mərhələsi keçib. Birinci mərhələ 1992-ci ildən 2009-cu ilə qədər olan müddətdir. Bu dövr qarşılıqlı əlaqə formatının formalaşması və effektivliyinin artması ilə xarakterizə olunur. Türk ölkələrinin liderlərinin müntəzəm olaraq keçirilən zirvə görüşləri qarşılıqlı siyasi fəaliyyət üçün sabit platforma yaratmağa imkan verdi. Bu dövrdə iki əsas strukturun - TÜRKSOY və TÜRKPA-nın yaradılması qarşılıqlı fəaliyyətin mühüm sahələrini (humanitar və parlamentlərarası) strukturlaşdırmağa imkan yaratdı.

İnkişafın ikinci mərhələsi 2009-2021-ci illəri əhatə edir. Məhz bu dövrdə türk dövlətlərini birləşdirən ilk dövlətlərarası siyasi təşkilat - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yarandı. Mövcud olduğu on ildən artıq müddətdə türk dövlətləri arasında dialoq daha da inkişaf etdirildi, qarşılıqlı fəaliyyətin yeni sektoral mexanizmləri meydana çıxdı, institusional baza gücləndirildi.
Bu dövr ərzində türk dövlətləri arasında ticarət dövriyyəsi iki dəfə artıb. Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü oldu, bunun nəticəsində qohum dövlətlər birliyinin siyasi-iqtisadi potensialı əhəmiyyətli dərəcədə artdı”.
İlqar Vəlizadə bildirib ki, indi türk platforması öz inkişafının üçüncü mərhələsini yaşayır:
“Türk tarixində ən mühüm hadisə 2021-ci il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VIII Zirvə Toplantısında Türk Şurasının adının Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilməsinin elan edilməsi oldu. Bu dövrdə türk dövlətləri çərçivəsində iki regional əməkdaşlıq formatı formalaşdı: Türkiyə-Azərbaycan-Qazaxıstan və Türkiyə-Azərbaycan-Özbəkistan. Bu da dövlətlər arasında daxili əlaqəni xeyli gücləndirdi və regional səviyyədə inteqrasiyanın dərinləşməsinə töhfə verdi”.скачать dle 12.1