Bia.Az

Molla rejimi azərbaycanlı futbolçunu niyə dar ağacına göndərir? - ŞOK FAKTLAR

İdman
 11-11-2022, 14:19     380

İranın molla rejimi Azərbaycan əsilli futbolçu Əli Daei haqda ölüm hökmü çıxardı: dünya şöhrətli futbolçu etiraz aksiyalarında iştirakına görə ittiham edilir;

Futbol dünyasında etirazla qarşılanan bu qərarla molla rejiminin nail olmaq istədiyi birdən çox hədəf var.
Birincisi, etirazçılara “dərs vermək”dir: mollalar bununla göstərir ki, dünyada tanınmış və İran üçün xidmətləri olan şəxsləri belə “bağışlamayacaqlar”;
İkincisi, Əli Daeinin milli kimliyi faktorudur: Ərdəbil doğumlu olan Əli zaman-zaman milli hərəkata da bu və ya digər formada dəstək verməsi ilə tanınıb, onun dar ağacına göndərilməsi baş verən proseslərdə Güney Azərbaycanın milli hərəkatının daha da aktivləşməsinin qarşısını almaq, belə addımların sərt şəkildə cəzalandırılacağını göstərmək məqsədi daşıyır;
Üçüncüsü və ən əsası, Güney Azərbaycanda idman cameəsinə qorxu salmaqdır: güneyli soydaşlarımızın əsas birləşdiyi amil hazırda futboldur, hətta siyasi baxışları fərqli olanlar belə xüsusilə Təbrizin “Traktor” komandasının fan-klubunda birlikdə təmsil olunurlar; İran rejimi çoxmilyonlu azərbaycanlıların milli klub ətrafında birləşməsinə müdaxilə etmir, çünki bu, milli və siyasi etiraz enerjisinin futbol istiqamətinə yönəlməsi baxımından onlara sərf edir, lakin çoxmilyonlu azarkeşin istənilən vaxt milli hərəkata çevrilməsi ehtimalı da həmişə olub; İndiyə qədər bunu nəzarətdə saxlasalar da, hazırda baş verənlər rejim üçün risklər yaradır və belə bir məqamda futbol cameəsində kifayət qədər nüfuzu olan azərbaycanlı futbolçu Əli Daeinin dar ağacına göndərilməsi məhz çoxmilyonlu azarkeş kütləsində qorxu yaratmaq məqsədi daşıyır;
Bütün bunların fonunda Ə.Daeiyə ölüm hökmünün çıxarılmasının zamanı da diqqət çəkir. İran-Azərbaycan münasibətlərinin gərgin olduğu vaxtda, güneydəki soydaşlarımızdan rəsmi Bakıya, birbaşa Prezident İlham Əliyevə dəstək mesajları gəlir, hətta Təbriz küçələrində Azərbaycan Prezidentinin posterlərinin asılması halları da qeydə alınıb. Bu, İranın molla rejimində ciddi təşviş yaradır və Ə.Daeinin ölümə göndərilməsi də rejimin təşviş içində atdığı addımlardan biri hesab edilə bilər.скачать dle 12.1