Bia.Az

“Formula 1”: Məcburi fasilə müddəti uzadıldı

Gündəm
 8-04-2020, 16:00     320

“Formula 1”: Məcburi fasilə müddəti uzadıldı
Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula 1” komandaları və mühərrik istehsalçıları üçün məcburi fasiləni uzadıb.

“bia.az” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu müddət 21 gündən 35 günədək artıb. Qərarın FIA və “Formula 1” tərəfindən təsdiqləndiyi vurğulanıb.

Qeyd edək ki, “Formula 1” komandaları işlərini martın 30-da dayandırıb. Bu mövsüm yarış keçirilməyib. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Monakodakı yarışı ləğv edib. Azərbaycanla yanaşı, Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya, İspaniya və Kanada Qran-priləri təxirə salınıb. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.скачать dle 12.1