Bia.Az

Xersonun mərkəzində Ukrayna bayrağı asıldı - FOTO

Dünya
 11-11-2022, 13:45     146

Xersonun mərkəzində Ukrayna bayrağı dalğalanır.

“Report” “RBC-Ukraine” agentliyinə istinadən xəbər verir ki, bayrağı partizanlar qaldırıblar.

"Müqavimət hərəkatı salam deyir. Ukraynaya eşq olsun!", - yerli jurnalist Konstantin Rıjenko teleqramda yazıb. Fotodan belə görünür ki. bayraq şəhər administrasiyası binasının önündə asılıb. 

UNIAN xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri bu günlərdə Xerson istiqamətində aktiv irəliləyişi bərpa edib, Rusiya Silahlı Qüvvələri isə vilayətin sağ sahilindən qoşunlarının guya planlaşdırılmış şəkildə çıxarıldığını elan edib.



скачать dle 12.1