Arxiv

Oxunub:213 / 27 sen 07:41idman

Mahir Mədətov İtaliya nəhənginin hədəfində



Mahir Mədətov İtaliya nəhənginin hədəfində















Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın gənc hücumçusu Mahir Mədətov İtaliyanın “Roma” klubunun maraq dairəsinə düşüb.

Yenicag.az xəbər verir ki, “canavarlar” millimizin də şərəfini qoruyan futbolçu ilə yaxından maraqlanırlar. Bunu açıqlamasında İtaliya klubunun baş məşqçisi Eysebio Di Françesko da təsdiqləyib. O, bununla bağlı sualı cavablandırarkən Mahiri tanıdığını deyib:

“Çox maraqlı oyunçudur. Uzaqdan zərbələri ilə seçilir. Burada onu da izləyəcəyik. Lakin burada olmaqda məqsədimiz “Qarabağ”a qarşı oynamaqdır. Həm də rəqibin heyətində Dino Ndlovu, Pedro Enrike kimi daha güclü futbolçular var.”