Bia.Az

Sahil Babayev kimin müdafiə naziridir: Əhalinin, yoxsa..?

Sosial
 11-11-2022, 01:09     373

Sumqayıt səhəri, 9-cu mik, ev 10/27, mənzil 8-də yaşayan Məmmədkərimov İlkin İlqar oglu tərəfindən BİA.az-a şikayət məktubu daxil olmuşdur. Şikayətci Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən qanunsuzluqdan bəhs edir. İlkin Məmmədkərimov yazır:

 "Bu ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıtda əmək yarmarkası keçirtdi. Öncədən Dövlət Məşğulluq Agentliyinin saytında və nazirliyin mediaya verdiyi məlumatda əmək yarmarkasında 300-400 boş iş yeri təklif olunacağı bildirilmişdi. Mən öncədən Dövlət Məşğulluq Agentliyinin əlaqə nömrəsinə zəng edib məlumat aldım. Bildirdilər ki, şəxsiyyət vəsiqəsi ilə yarmarkada iştirak edə bilərəm. Mən də 14 iyunda səhər tezdən Sumqayıtda Kimyaçı Mədəniyyət Sarayına gəldim. Mədəniyyət Sarayının qabağında demək olar bütün şəhər sakinləri iş tapmaq ümidi ilə yığışmışdı. Yarmarka saat 10:00-da başlamalı idi. Saat 10:45 olsa da Mədəniyyət Sarayının qapısı hələdə bağlı idi. İçəriyə yalnız Dövlət Məşğulluq Agentliyinin əməkdaşları, işəgötürənlər və televiziya əməkdaşları buraxılmışdı. Axırda biz vətəndaşlar bezib qapı açılan kimi mühafizəçini itələyib zorla içəri keçə bildik. Nazirliyin qapıları illərdir vətəndaşların üzünə bağlıdır. Nəysə birtəhər içəri geçəndən sonra cəmi iki xanım o qədər insanın yarmarkada iştirak üçün şəxsiyyət vəsiqəsi vasitəsilə qeydiyyatını aparırdı. Nəhayət sıra mənə də gəldi, qeydiyyatdan keçəndən sonra saat 12:45-də yarmarkanın keçirildiyi Mədəniyyət Sarayının 2-ci mərtəbəsinə qalxa bildim. 21 işəgötürənə CV-mi qoyduqdan sonra hər biri söz verdilər ki, 1 həftə ərzində əlaqə saxlayacayıqlar.

İşəgötürənlər məndə daxil bütün işsiz vətəndaşlara "1 həftə ərzində əlaqə saxlayacayıq" vədi verirdilər. Üstəlik TV-lərədə müsahibələrində bu cür bildirirdilər. 2 həftə ərzində heç bir işəgötürən mənimlə əlaqə saxlamadı. Bütün işə götürənlərə zəng etdikdə isə bildirdilər ki, son 1 ay ərzində aktiv vakansiyaları yoxdur. Mən Dövlət Məşğulluq Agentliyinə zəng edib şikayət etdikdə bildirdilər ki, 142-yə ümumi nazirliyin call center-nə zəng edib şikayət edim. 142-yə şikayət etdikdə isə xanım operator 20 dəqiqə "dirənəndən" sonra şikayətimi qeydə qaldı. Mən nazirlikdən zəng edib bunun nə demək olduğunu açıqlama vermələrini tələb etdim. 1 ay sonra isə şikayətimi nazirliyə yox, regional Sumqayıt Məşğulluq Mərkəzinə yönləndirib, ordan mənə zəng edib Sumqayıt Məşğulluq Mərkəzinə dəvət etdilər. Mən isə bundan imtina etdim və onlara mənim şikayətim sizə deyil, nazirliyədir və nazirlikdən açıqlama tələb edirəm, deyə bildirdim. Həm də mən 2019-cu ildə Sumqayıt Məşğulluq Mərkəzinə müraciət etmişəm, orda gənclərin işləməsi üçün normal iş yerləri yoxdur. Mənim adımı da sistemdə 2019-cu ildə "vətəndaş iş tapdı" kimi qeyd ediblər. mən bunu da indi bilmişəm. Halbuki mən heç bir işlə təmin olunmamışam. Ancaq adımı bütün vətəndaşlar kimi hər ayın sonu, yalandan bu qədər vətəndaş iş tapdı deyə ictimaiyyətə saxta statistika təqdim etmək üçün guya işlə təmin olundu, deyə qeyd ediblər. 2-3 gün sonra Dövlət Məşğulluq Agentliyindən məktub gəldi ki, bəs biz sizi Sumqayıt Məşğulluq Mərkəzinə dəvət etdik, siz imtina etdiz. Mən təkrar 142-yə zəng edib şikayət edib 1 ay bundan əvvəl şikayət etdiyimi, şikayətimi götürüb Sumqayıt Məşğulluq Agentliyinə yönləndirdiklərini bildirdim. Mən nazirliyə zəng edib açıqlama verməsini tələb etdiyimi bildirdim. Həmçinin bildirdim ki, Sumqayıt Məşğulluq Mərkəzinində dəfələrlə olmuşam. Operator şikayətimi təkrar qeydə aldı. Aylardır eyni qayda davam etdi, yəni nazirlik özünə borc bilib mənimlə əlaqə saxlamaq ehtiyacı hiss etmədi, hər dəfə şikayətimi Sumqayıt Məşğulluq Mərkəzinə yönləndirdilər onlar da zəng edib məni Sumqayıt Məşğulluq Mərkəzinə dəvət edirdi. Axırda oktyabr ayında Sumqayıt Məşğulluq Mərkəzindən zəng edib bildirdilər ki, xahiş edirik bircə dəfə siz gəlin, heç bir köməklik etməsək, istənilən yerə şikayət edə bilərsiz. Mən bu dəfə inanmaq istədim ki, illər öncəki kimi deyil, bu dəfə həqiqətən mənə kömək edəcəklər və Sumqayıt Məşğulluq Mərkəzinə getdim. Mənə E-sosial.gov.az-da hesab açıb 2 işəgötürənə müraciət göndərdilər və bildirdilər ki, 5 iş günü ərzində sizinlə əlaqə saxlayacaqlar. İndiyədək heç kim əlaqə saxlamayıb. E-sosial.gov.az Elektron Hökümət portalındakı hesabımda işəgötürənlərə müraciət bölümündə işəgötürənin tələblərinə cavab vermədiyiniz üçün müraciətinizdən imtina edildi yazılır.

Ümumiyyətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin varlığı ilə yoxluğu arasında bir fərq yoxdur. Nə Dövlət Məşğulluq Agentliyi, nə Dövlət Əmək Müffətişliyi, nədə bütünlükdə nazirlik çalışmır. Ölkədə uşağından böyüyünə, işçisinə, işsizindən təqaüdçüsünə, əlilinə qədər bütün ölkə bu nazirlikdən şikayətçidir. Dünya 4 günlük iş rejiminə keçir. Bizdə isə Əmək Məcəlləsinə görə guya həftəlik 5 gün 40 saatdan ibarət iş rejimimiz olsada, ölkədə istər özəl, istərsə də dövlət müəssisələri Əmək Məcəlləsinə riayət etmir. Əmək Məcəlləsinə riayət etməmək ənənə halını alıb. Dövlət Əmək Müffətişliyi isə bildirir ki, ölkədə sahibkarlığa dəstək məqsədi ilə yoxlamalar 1 yanvar 2023-cu ilədək dayandırıldığı üçün heç bir müəssiədə yoxlama apara bilməz, yalnız vətəndaş istəsə Dövlət Əmək Müffətişliyinə şikayət edə bilər. Yəni vətəndaş çalışdığı 300-400 manat maaş aldığı iş yerini itirmək qorxusunu gözə alıb, Dövlət Əmək Müffətişliyinə şikayət etməlidir. Dövlət Əmək Müffətişliyi bunu bildiyi üçün də vətəndaşlar işini itirmək qorxusundan illərdir 300-400 manata istər dövlət, istərsə də özəl müəssilərdə az qala 1 sutka işləyib istismar edilirlər. Başa düşmək olmur, ölkədə quldarlıq quruluşu hökm sürür?. Əksinə həmin müəssiələr normal ölkələrdə külli miqdarda cərimlənməli olduğu halda, bizim nazirlik onları nəyinki cərimələyir, əksinə, o müəssiələr "Əmək Yarmarka"larında yuxarı başda otuzdurulub insanlara "iş" təklif edir və ya regional məşğulluq mərkəzlərində, həmçinin Elektron Hökümət portalında "vakansiyalar" elan edirlər. Halbuki insanların işsiz qalmasında elə həmin müəssiələr günahkardır. Əslində, məntiqlə bir nazirliyin həm Əmək Hüquqlarını qoruması, həmdə işəgötürənlərlə əməkdaşlıq edib işsizlərə iş təklif etməsi doğru deyil. Yəni bu iki səlahiyyətdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınıb ya digər nazirliklərin birinə verilməli, yada müstəqil dövlət qurumu yaradıb səlahiyyətlərdən birini yeni dövlət qurumuna vermək lazımdır. BMT daxil Amnesty International, Norveç İnsan Haqları kimi beynəlxalq təşkilatların müxtəlif illərdə ölkələrə iş saatlarını azaldın Əmək Hüquqlarına, İnsan Haqlarına hörmət edin çağırışlarına riayət edib ölkələr bir-birinin ardınca 4 günlük iş rejiminə keçirlər. Reuters-in məlumatına görə artıq 38 ölkə 4 günlük iş rejiminə keçib. Bizdə isə hələ də köhnə rejim davam edir. Görünür biz başqa planetdə yaşayırıq dünyaya adiyyatımız yoxdur, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizi insan yox, qul hesab edir. Bunu mövcud əmək bazarına, həmçinin nazirliyin Elektron Hökümət portalında təklif etdiyi, daha doğrusu insanları, gəncləri layiq gördüyü "iş"lərə baxdıqda görmək mümkündür. Necə olsa milyonlarla təqaüdçünün təqaüdünü azaltmaqla, və ya tam olaraq kəsməklə büdcəyə qənaət etməklə fəxr edən bir nazir və nazirlikdən danışırıq. Sözün düzü ümid edə bilməsəm də, hələ də inanmaq istəyirəm ki, əvvəl-axır  7-dən 77-yə hər kəsin haqlı olaraq şikayətçi olduğu bu qurum haqqında ciddi ölçü götürülər."

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
BİA.az
скачать dle 12.1