Bia.Az

“Çox tələsirlər...” – Osman Gündüz Ermənistanın qurmaq istədiyi peyk idarəetmə mərkəzi haqda

Siyasət
 10-11-2022, 13:57     167

Ermənilər Zəngəzur istiqamətində sərhəd zonasında peyk müşahidə sistemi qurmaqda israrlıdırlar.
 
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sözügedən sistemin gələn il qurulacağı ilə bağlı məlumatların yayıldığını, lakin Ermənistan tərəfinin bu məsələdə tələsdiyini bildirib:
 
"Ermənistan İspaniyanın "SATLANTİS" şirkəti ilə birgə müşahidə peykini orbitə qaldırdıqdan sonra gələn il üçün  özünün peyk idarəetmə mərkəzini qurmağı planlayırdı. Sonradan açıqlama veriblər ki, beynəlxalq kreditlər hesabına bu peyk mərkəzi gələn il deyil, elə cari ilin sonunadək hazır olacaq. Yəni çox tələsirlər. İndi də məlumat açıqlanıb ki, Ermənistan İsveçrə ilə birgə peyk məlumatları əsasında ətraf mühitin monitoriq sistemini qurur. Ermənistanın müvafiq qurumları İsveçrənin qrantları, onların "Landsat" və "Sentinel-2" peyklərindən əldə olunan məlumatlarla tədqiqatlar aparılacağını, ərazidəki obyektlərin diversifikasiyası və delimitasiyası üzrə alqoritmlərin hazırlanacağını bildiriblər. Paylaşdıqları şəkildən də əsas məqsədlərinin nə olduğu açıq-aşkar görünür. Düşünmək olar ki, məğlub ölkənin kapitulyasiya şərtlərinə əməl etməməsi, sülh müqaviləsini, koridor məsələsini və delimitasiya məsələsini uzatması həm də qurmaq istədiyi peyk müşahidə sistemini başa çatdıra bilməməsilə bağlıdır".

Ekspert Ermənistanın bir sıra sahələrdə qısa müddətdə uğur əldə etmək niyyətində olduğunu qeyd edib:
 
"Görünür ki, bu məsələlərin çox  uzanması Ermənistanın addım-addım  güclənməsinə şərait yaradır. Prezident İlham Əliyevin  də son dövrlərdə üçtərəfli bəyanatın şərtlərinə əməl edilməsi ilə bağlı  Ermənistana qarşı daha kəskin çıxışlarından da bu görünür.Təkcə qeyd etdiyim məqamlarla bağlı deyil, bir çox sahələrdə Ermənistanın ildırım sürətlilə üstünlük əldə etmək cəhdləri müşahidə olunur. Böyük resurslar axtarışındadır. Bu isə revanş istəyindən başqa bir şey deyil. Düşünürəm ki, məğlub ölkə ilə olan problemləri tez, çox tez həll etmək doğru olardı".скачать dle 12.1