Bia.Az

“Rusiyada sosial gərginlik artacaq” - ABŞ institutu

Dünya
 10-11-2022, 12:21     143

“Rusiyada sosial gərginlik artacaq”.

“Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya hakimiyyəti regionlarda qismən səfərbərliklə orduya çağırılanlar və onların ailələrinə vəd edilən ödənişləri verməkdə ciddi problemlərlə üzləşib: “Bu vəziyyət ölkədə iqtisadi durumu daha da pisləşdirəcək və sosial gərginliyə səbəb olacaq. Səfərbər olunanların yaxınları öz qəzəblərini internetdə və etiraz aksiyalarında ortaya qoyurlar”.

Məlumata görə, Kursk vilayətində qadınlar vilayətin qubernatoru Roman Starovoitin diqqətini cəlb etmək üçün iki gün etiraz aksiyası keçiriblər.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bir müddət əvvəl bildirmişdi ki, qismən səfərbərlik çərçivəsində orduya çağırılan 300 min nəfərdən 87 mini Ukraynaya döyüş bölgələrinə göndərilib.скачать dle 12.1