Bia.Az

Qalmaqal: 65 yaşdan yuxarı insanlara səhv peyvənd edilib

Dünya
 10-11-2022, 00:44     159

İngiltərə Milli Səhiyyə Xidməti, 65 yaşdan yuxarı bəzi xəstələrə qrip peyvəndi əvəzinə başqa bir peyvənd edildiyini açıqladı. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İngiltərədəki dövlət qurumlarında 65 yaşdan yuxarı insanlara qrip peyvəndi vurulub. Britaniya Milli Səhiyyə Xidməti (NHS) 65 yaşdan yuxarı insanlara səhv qrip peyvəndi verildiyini müəyyən edib.

Açıqlamada “az sayda” adamın səhv peyvənd edildiyi bildirilsə də, rəsmi rəqəm açıqlanmayıb. Səlahiyyətlilər bu növ peyvəndin təhlükəsiz olduğunu bildirərkən, bu insanlara verilən peyvəndin daha az təsirli bir peyvənd olduğunu bildirdilər.

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmaya başlasa da, bu vəziyyətin daha ciddi problem yarada biləcəyi qeyd edilib.

Rəsmilər bu peyvəndlərin bir hissəsinin dövlət daxilində çalışan həkimlər tərəfindən, digərlərinin isə apteklərdə hazırlandığını açıqlayıb.скачать dle 12.1