Bia.Az

Qərb Ukraynaya kömək üçün İranla necə davranmalıdır? - Amerikalı generalın ŞOK TƏKLİFLƏRİ

Dünya
 9-11-2022, 19:10     215

ABŞ-ın Avropadakı Quru Qoşunlarının eks-komandanı, general-leytenant Ben Hoces bəyan edib ki, bir neçə məsələ var ki, qərbli həmkarlar etməyə borcludurlar, o cümlədən İranın Rusiyaya silah tədarükünü dayandırmaqda Ukraynaya köməklik göstərməlidirlər.

Azadlıq Radiosuna müsahibəsində Hoces qeyd edib ki, bidmək lazımdır, hansı səbəblərdən dolayı Tehran Moskvaya kömək edir.

«Birincisi, biz ifşa etməliyik ki, Kremldə Tehranla nə barədə sözləşiblər. Nə üçün iranlılar sanksiyaları gücləndirmək riski altında Moskvaya silah tədarük edirlər, özü də o mərhələdə ki, nüvə sazişinə yenidən baxılır? Və mən, ehtimal edirəm ki, bu, necə isə onunla bağlıdır ki, Rusiya ona kömək qarşılığında nüvə silahı və ya nüvə imkanları, bilgiləri və ya buna uyğun nələri isə bölüşməyi təklif edir. Ona görə də bunu ifşa etmək lazımdır» - general izah edib.

Eləcə də, onun fikrincə, PUA-lara və ballistik raketlərə qarşı durmaqda Ukraynaya kömək etmək lazımdır. «Təcili olaraq, Ukraynaya hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sahələrində daha geniş imkanlar yaratmaq lazımdır və həm də PUA-ları vurmaq üçün ən yeni imkanlar yaratmaq vacibdir. Biz, onların təchizat yollarını qırmaq üsulları aramalıyıq. Bu dronlar İrandan Rusiyaya və ya Krıma necə düşür? Mən, onu nəzərdə tuturam ki, bu yolda bunu dayandırmaq üsulları olmalıdır. Bundan sonra, əlbəttə, onların mənbəyinə gedib çamaq lazımdır» - Hoces əlavə edib.

Generalın sözlərinə görə, əgər Qərb İranı Rusiyaya kömək etməyi dayandıra bilmirsə, bəlkə də zavodlarda hansısa partlayışlar və ya bu prosesdə iştirak edən insanlarla avtomobil insidentləri baş verər ki, izahı mümkünsüz olar.

«Və əlbəttə, İran texnikaları, hansı ki, Krımda rusiyalılara kömək edir, onlar da «ölən növ» olmalıdır» - o, yekunlaşdırıb.скачать dle 12.1