Bia.Az

Rusiya Cənubi Qafqazda bunu həyata keçirmək istəyir

Siyasət
 9-11-2022, 18:18     180

Rusiya Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılması üçün konkret layihələrin sürətlə həyata keçirilməsi üzərində işləyir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrup regionda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində xeyli iş görüb.

“Rusiya tərəfinin fəal iştirakı ilə Ermənistan və Azərbaycan xalqları arasında etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır”, - M.Zaxarova söyləyib.скачать dle 12.1