Arxiv

Oxunub:581 / 30 yan 10:45siyaset

Xəlil Göyüşov Mahmudov çetesi ilə əlaqədə: “Akula” Akiflə gizli görüş…



Xəlil Göyüşov Mahmudov çetesi ilə əlaqədə: “Akula” Akiflə gizli görüş…

“Körpü-Bina Tikinti” MMC-nin rəhbəri Parisdə “Akula” Akiflə görüşüb və ona yardım sözü verib; Xəlil Göyüşovun oğlu Akif Mustafayevin sayəsində MTN-nin hərbi hissəsində necə qulluq edib?
rrBir müddət öncə “Körpü-Bina Tikinti” MMC rəhbəri Xəlil Göyüşovun “MTN işi” ilə bağlı ölkədən qaçan iş adamı “Akula” ləqəbli Akif Mustafayevlə ciddi əlaqələri olması ilə bağlı məlumat vermişdik. “MTN çetesinin gizli fiqurları: Xəlil Göyüşov – “Akula Akif” ittifaqı” başlıqlı həmin yazıda qeyd etmişdik ki, paytaxtın müxtəlif yerlərində həyata keçirilən milyonluq layihələrdə Xəlil Göyüşovun əsas şəriklərindən biri məhz keçmiş MTN naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri olan və ölkədən qaçan Akif Mustafayev olub. Məlumatda qeyd etmişdik ki, Xəlil Göyüşova məxsus olan “Körpü-Bina Tikinti” MMC-nin Bakı şəhərində həyata keçirtdiyi milyonluq layihələri məhz “Akula”nın dəstəyi ilə əldə edib və bu işdə onun əsas ortaqlarından biri MTN keçmiş rəhbərliyi olub. i
İdi isə mediada ciddi iddialar yer alan məlumatlar yayılıb. Bu iddialara keçməzdən öncə qeyd edək ki, irəli sürülən iddialarla bağlı ötən ilin sonlarında “Körpü-Bina Tikinti” MMC rəhbəri Xəlil Göyüşovun mövqeyini öyrənmək məqsədi ilə dəfələrlə telefon əlaqəsi yaratmaq istəsək də, qarşı tərəf telefon zənglərini cavablandırmadı. Xəlil Göyüşovla əlaqədə olan kanllar isə, iş adamının ölkədə olmadığını bildirməklə yanaşı, Xəlil Göyüşovun bu tipli sullara cavab verməyəcəyini də bildirdi. Bu istiqamətdə azmedia.info tərəfindən aparılan araşdırma nəticəsində bəlli olub ki, həqiqətənə də Xəlil Göyüşov ötən ilin sonlarında ölkədə olmayıb: “2015-ci ilin dekabr ayının sonunda Xəlil Göyüşov Bakıdan Moskvaya uçub orada iki gün qaldıqdan sonra isə Moskva-Parıs reysi ilə Fransa paytaxtın uçub. Mənbə iddia edir ki, iş adamı Parısdə ciddi maliyyə sıxıntısı keçirən “Akula” ləqəbli Akif Mustafayevlə görüşüb. İddiaya görə, Akif Mustafayev Bakıdakı şərikli biznesinin bir hissəsindən əl çəkmək şərti ilə, X.Göyüşovdan təcili şəkildə yardım istəyib. Paytaxtdakı çox milyonluq tikinti işlərinin əlinə keçəcəyini düşünən Göyüşov isə, “Akula”nın bu təklifini qəbul edərək razılaşıb.
Xəlil Göyüşovun “Akula” Akiflə bağlı əlaqələri ilə bağlı daha bir ilginc məlumatda qeyd olunur ki, 2 il bundan öncə hərbi xidmətdə ola-ola Bakı şəhərində avtoşluq edən və hər gün müxtəlif barlarda kef məclisi quran Xəlil Göyüşovun oğlu əslində MTN-nin hərbi hissələrindən birində qulluq edirmiş. İnformasiya mənbəmizin iddiasına görə Ramiz Göyüşovun MTN hərbi hissəsində qulluq etməsini Xəlil Göyüşovun şəriki, “Akula” ləqəbli Akif Mustafayev təşkil edib. Məlumatda bildirilir ki, Ramiz Göyüşov “Akula” əmisinin sayəsində bir il boyunca 10 ZZ-040 dövlət nömrə nişanlı avtomobillə Bakı küçələrini gəzib dolaşıb.
Onu da xatırladaq ki, bir müddət əvvəl istiqlal.az saytı Göyüşov klanı barədə maraqlı faktıar yaymışdı. Həmin məlumatda bildirilirdi ki, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun müstəsna səlahiyyətlər verdiyi, faktiki rayonu idarə edən Ramiz Göyüşovun oğlu Rəşad Göyüşovun adı son günlər “MTN işi” ilə əlaqədar gündəmə gələn, Eldar Mahmudovun bankı kimi təqdim edilən “Muğanbank”ın Mərkəz filialının sədridir. R.Göyüşovun qardaşı oğlu Göyüşov Urfan Rövşən oğlu isə 2009-cu ildən “Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü və bankda əsas söz sahiblərindəndir.
R.Göyüşovu “MTN işi”nə yaxınlaşdıran digər mühüm fakt isə başqa qardaşı oğlu Fariz Rövşən oğlu Göyüşovun MTN-nin Nizami rayon idarəsinin rəisi vəzifəsini daşımasıdır.
Digər maraqlı məqamlardan biri də R.Göyüşovun qardaşı Rövşən Göyüşov işdən qovulan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla yaxın dostluq etməsidir. Ə.Abbasov hələ Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsini tutarkən Rövşən Göyüşov (2000-ci ildə) ADİU-nun Dərbənd filialına direktor təyin olunub və hazırda da həmin vəzifədə çalışır.
Göründüyü kimi, bütün bunlar təsadüfi ola bilməz. Göyüşovlar ailəsinin Eldar Mahmudov və onun əhatəsinə aid olan qruplaşma ilə yaxınlığını sübut edən dəlillər hələ bununla bitmir. R.Göyüşovun özünün qısa zaman ərzində bu qədər irəliləməsi – YAP Binəqədi rayon təşkilatına sədr gətirilməsi də təsadüfi baş verməyib. Bu işdə E.Mahmudov “zəncirinin” digər başı – “Aztelekom” MMC-nin həbsdə olan Baş direktoru, YAP Nəzarət – Təşftiş Komissiyasının sədri Məhəmməd Məmmədovun dəstəyi də az olmayıb. M.Məmmədov keçmişı nazirlər – Əli Abbasov və Eldar Mahmudovun tapşırığı ilə R.Göyüşovun rayon təşkilatının sədrliyinə gətirilməsinə YAP-ın Mərkəzi Qərargahında dəstək verib.
MTN keçmiş şefi Eldar Mahmudov isə vergilər naziri Fazil Məmmədov vasitəsilə Binəqədi rayon İcra Başçısı Xaləddin İsgəndərova təzyiq göstərib. Hətta vurğulanır ki, E.Mahmudov məhz R.Göyüşovun vasitəsilə Binəqədi rayonuna – xüsusən də Fazil Məmmədovun kadrı Xaləddin İsgəndərova nəzarət edirmiş.
Qeyd olunur ki, YAP Binəqədi rayon təşkilatının əvvəlki sədri Nəbi Xəlilovu 2013-cü il iyulun 1-də Bakı şəhər Vergilər Departamenti Xidmət İdarəsinin rəis müavini vəzifəsinə “sürgün edən” X.İsgəndərov R.Göyüşov üçün bütün yollarda “yaşıl işıq” yandırıb.
R.Göyüşov həmçunu 1997-ci ildə AXCP-dən YAP-a transfer edib. Adı həm Elşad Abdullayev, həm də nurçularla hallanan R.Göyüşovun 1992-ci ildə YAP-a dəvət olunduğu bildirilir: “Həmin çətin ictimai-siyasi vəziyyətdə Mingəçevirdə partiyanın rayon təşkilatının qurulmasında xüsusi xidmətləri olmuş Aydın Mirzəzadə R.Göyüşovu partiyanın qurulmasına dəstək olmağa dəvət edib. Maraqlı nüans ondan ibarətdir ki, R. Göyüşov həmin vaxt bir çox insanların yanında A.Mirzəzadəyə “Heydər Əliyevin bir ayağı o dünyadadır” deyərək partiyanın heç bir prespektivinin olmadığını bəyan edib.
Qeyd edək ki, iş adamı Xəlil Göyüşovla “Akula” ləqəbli Akif Mustafayevin Bakı şəhərindəki ortaq binaları ilə bağlı göndərilən məlumatları araşdırdıqdan sonra oxucularımıza ətraflı məlumat verəcəyik”.
Qarşı tərəfin mövqeyini bir daha dinləməyə hazırıq.