Bia.Az

İran rejimindən DƏHŞƏTLİ qərar: 15 min nəfər ASILACAQ

Cəmiyyət
 9-11-2022, 15:52     208

İranda Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsi ilə başlayan etirazlar fonunda İran parlamenti aksiya iştirakçılarıyla bağlı insanlığa sığmayan, sözün həqiqi mənasında, vəhşi bir qətnamə qəbul edib.

İran parlamenti 290 deputatdan 227-nin səsi ilə təxminən 15 min nəfərin edam cəzasını təsdiqləyib. Onların böpyük əksəriyyəti son etiraz aksiyalarına qatılanlardır. Sözügedən qətnamənin nə vaxt icra ediləcəyi hələlik məlum deyil.

Xəbərdə qeyd oluunur ki, İran rejimi tərəfindən yalnız son etirazlara qatıldığı üçün 14 minə yaxın insan həbs edilib. Bu fakt İran rejiminin Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımız üçün nə qədər təhlükəli olduğunu bir daha ortaya qoyur.скачать dle 12.1