Bia.Az

Başqırdlar MÜSTƏQİLLİK İSTƏYİR - Zelenskiyə açıq məktubla MÜRACİƏT ETDİLƏR

Dünya
 9-11-2022, 15:40     189

Başqırd fəalları Zelenskiyə Ukrayna dilində müraciət ediblər.

BİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Başqırd Milli Siyasi Mərkəzinin rəhbəri Ruslan Qabbasov və onun Aİ, ABŞ, Kanada və Türkiyədəki siyasi mühacir yoldaşları Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ukrayna dilində açıq məktubla müraciət ünvanlayıblar.

Onlar Ali Radada “Başqırdıstan Respublikasının işğal olunmuş ərazi kimi tanınması haqqında” qərar layihəsinə baxılmasına təşəbbüs göstərməyə çağırıblar.

“Ukrayna bu addımı ilə nəinki əsas məqsədi Vətənimiz üçün müstəqillik əldə etmək olan Başqırd milli hərəkatına mənəvi dəstək verəcək, həm də Başqırdıstanda Kreml və onun marionetləri ilə mübarizədə bizə güclü kozır verəcək”, – deyə Qabbasov izah edib.

O, Ukraynadan bu işdə onlara dəstək olmasının vacibliyini vurğulayıb.

“Ukraynanın bu gün artıq azadlıq və müstəqil dövlətlər yaratmaq istəklərini nümayiş etdirən milli azadlıq hərəkatları ilə əlaqə yaratmağa başlaması vacibdir”.

Qeyd edək ki, Qabbasov Başqırd təşkilatının rəhbərlərindən biridir. O, 2021-ci ilin sonunda həbs təhlükəsi ilə əlaqədar Başqırdıstanı tərk edərək Litvaya gedib və oradan siyasi sığınacaq istəyib.

Başqırdlar MÜSTƏQİLLİK İSTƏYİR
Başqırdlar MÜSTƏQİLLİK İSTƏYİR
Başqırdlar MÜSTƏQİLLİK İSTƏYİR


скачать dle 12.1