Bia.Az

“ABŞ sülh danışıqlarından Rusiyanı sıxışdırıb çıxarmaq istəyir”

Dünya
 9-11-2022, 13:36     164

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı açıqladığı bəyanatda qeyd edib ki, Azərbaycan və Ermənistan sülh üçün ciddi səylər göstərir.

Qeyd edək ki, son zamanlar bu ilin sonunadık Bakı ilə İrəvan arasında sülh sazişinin bağlana biləcəyilə bağlı müxtəlif fikirlər səslənir.

Bu açıqlamalar onu göstərir ki,Qərbdəki vasitəçi tərəflər sözügedən sülh müqaviləsinin tez birz zamanda bağlanmasında maraqlıdırlar.

Bu fonda Praysın səsləndirdiyi “Azərbaycan və Ermənistan sülh üçün ciddi səylər göstərir” açıqlaması görəsən sülh sazişinin bağlanmasının yaxınlaşdığına işarədir, yoxsa, açıqlamanın arxasında başqa mətləblər gizlənir?

BİA.AZ-ın məlumatına görə, Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlu bildirir ki, Dövlət Departamenti rəsmisinin açıqlamasına sülh sazişinin sürətlənəcəyi kontekstində deyil, ABŞ-ın Cənubi Qafqaza olan geosiyasi maraqları kontekstində baxmaq lazımdır:

“Praysın bu açıqlaması heç də sülh sazişinin imzalanmasını sürətləndirməyə hesablanmış açıqlama deyil. Dövlət Departamentinin bu açıqlamasına Vaşinqtonun bölgəmizdəki geosiyasi maraqları və Cənubi Qafqazda stabillik və təhlükəsizliyin təmin edilməsi kontenksində yanaşmaq lazımdır. Avropa Birliyi ABŞ-la birlikdə bölgəmizdə təşəbbüsü Rusiyanın əlindən almaq və onu buradan ümumiyyətlə vurub çıxarmağa çalışır.

Bu da təbii ki, Xəzərin karbohidrogen ehtiyatlarının Avropanın enerji təhlükəsizliyində oynadığı rolla əlaqədardır.

Vaşinqtonun həmin mövqeyi iki dövlət arasında münasibətlərdəki gərginliyin səngiməsi baxımından əhəmiyyətlidir. ABŞ-ı burada qayğılandıran amil bölgə ilə bağlı geosiyasi maraqları, Azərbaycan və Ermənistan arasındakı münasibətlər, regionun İrana yaxınlığı və Rusiyanın təsir dairəsi ilə bağlıdır. Tərəflərin məsələyə münasibətindən asılı olaraq problemin həlli istiqamətində hər hansı bir addımın atılması ehtimalı təbii ki, var. Əsas məqam odur ki, nə Rusiya, nə də ABŞ problemin ədalətli həllində maraqlı deyillər”.
скачать dle 12.1