Bia.Az

“Putin barışmaq üçün imkanlar arayır, artıq simasını itirsə də...” - Rusiyalı yazıçı Yuliya Latınina

Dünya
 8-11-2022, 01:17     187

Nə üçün Qərb Ukraynaya silah tədarükünü uzadır, Rusiyada əhalinin Putin rejimini devirmək üçün üsyanı mümkündürmü, nə üçün sadəcə, Putini hərbi cinayətkar kimi həbs etmək alınmayacaq və nə üçün Rusiya Federasiyasının (RF) parçalanması Qərb üçün baş ağrısına çevrilə bilər - suallarını rusiyalı jurnalist, yazıçı Yuiya Latınina «UNİAN»-a müsahibəsində cavablandırıb.

- Putin barışmaq üçün üsullar arayır;
- Putin üçün internet düşmənçi ixtiradır;
- Putini həbs edə bilərlərmi;
- Rusiyada çevriliş qaçılmazdır;
- Qərb gələcəkdə hansı Rusiyanı görmək istəyir…
Bu yaxınlarda RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev təkrarən “Tvitter”də yazıb ki, əgər Ukrayna qəlib gələrsə, biz, nüvə silahı tətbiq edərik. Buna reaksiya vermək və analiz etmək lazımdırmı? Bunu hansısa sərxoş qızğınlıq kimi başa düşmək lazımdır, yoxsa hansısa mesaj kimi?
Bizim üçün maraqlı deyil ki, Medvedev özü «Tvitter» səhifəsini idarə edir və ya bunu neyroset edir ki, bu qədər uğurla bir litr araq içmiş kimi görsənir , yaxud onu «piarçılar» komandası edir.
Amma istənilən halda mənim çox xoşuma gəlir - «Əgər Ukrayna qalib gələrsə» ilk başlanğıc cümləsi.
Razılaşın ki, 9 ay əvvəl, hətta 4 ay əvvəl Medvedevin heç bir tvitti bu sözlərlə başlaya bilməzdi. Əslində, bunu belə oxumaq laxımdır: «Ukrayna nə vaxt qələbə çalsa»…
Putin barışmaq üçün üsullar arayır. O, hətta buna qədər belə şeylər yazmazdı. Hətta «Ukrayna qalib gələcək» söz birləşməsi də ola bilməzdi, nə üçün indi var?
Tamamilə aydındır, işlər hara doğru gedir. Və biz, ilk dəfə görürük ki, Putin sadəcə müdafiə müharibəsinə keçməyə cəhd etmir, buna çılğınlıqla can atır. O, barışıq üçün istənilən üsulu arayır - hətta «simasını itirsə» belə. Başqa məsələdir ki, o, alternativ reallıqda yaşayır və barışıq üçün təəccüblü instrumentlərdən istifadə edir. Misal üçün, o, hesab edir ki, Avropanı qazdan məhrum etməklə, Avropa qorxacaq, Ukraynanı sıxacaq və onu barışmağa məcbur edəcək. Eyni zamanda, o Avropanı qazdan məhrum edəndən sonra, Almaniyanın Prezidenti Valter Ştaynmayer deyib: «Biz, Almaniyanın son 10 ildəki yanlış siyasətinə yenidən baxacağıq və Ukraynaya kömək edəcəyik».
Mən, inanmıram ki, Putinə bu barədə xəbər veriblər. Mən bilirəm ki, Medveev kimi Putinin də neyroseti yoxdur. Onun bunkeri var və o, orada yaşayır. Bu müharibə ona görə başlayıb ki, o, deyilənlərə inanıb, gözləri ilə gördüyünə yox. Və hesab edirəm ki, indiyə qədər ona baş verənləri olduğu kimi söyləyən insanlar yoxdur.
Putin üçün internet düşmənçi ixtiradır. Onun interneti də yoxdur, o, internetdən istifadə etmir? Yəni doğrudanmı real informasiyalar ona çatmır? Hər şey metodikadakı kimi, papkalar üzrə…
Siz, başa düşmürsünüz. Onun üçün internet - bu, «düşmənçi ixtiradır». Onu MKİ kəşf edib ki, Rusiyanı məhv etsin. Bundan başqa, orada hamı yalan danışır. Amma ataya tamam müqəddəs həqiqətlər çatdırılır. Ona qovluqlarda gətirilənlər isə, təəccülü də olsa, tamam başqa operadandır.
Xatırlayırsınızmı, «qızıl yağış» məşhur dosyesini (2017-ci ildə «Buzfeed» nəşrində dərc olunub və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp üçün məxfi dosyedir)? Orada ingilis kəşfiyyatının keçmiş əməkdaşı Kristofer Still olub, ona H. Klintonun piarçıları sifariş ediblər ki, Tramp barədə nə isə öyrənsinlər. Və Still öz barmaqlarını sormamaq üçün rusiyalı İqor Dançenkoya müraciət edib (sonradan ABŞ-da Dançenkonu FTB-yə yalan məlumat verdiyinə görə günahlandırıblar, 2022-ci ildə məhkəmə ona bəraət verib), onun isə nə Putinə, nə onun mətbəxinə, nə onun itinə, nə də Kremldən kiməsə çıxışı olmayıb. Bax, bu Dançenko özü fikirləşməyib də. O, özünün universitet yoldaşlarına, «Rospotrebnadzor»dan olan piarçı qadına və ya buna oxşar kiməsə müraciət edib. Bundan sonra, bütün bu kampaniya birlikdə ağlına gələn 10 qəpiyə dəyməzi yazıb. Bu, Putinlə baş verənlər üçün yaxşı nümunədir - biolaboratoriyalar, genetik silah, rus və ukrayin xalqları eyni genetikanın məhsuludur və laboratoriyalar Ukraynadırsa, deməli rus xalqına qarşı düşünülüb və s./Azpolitika.info/скачать dle 12.1