Bia.Az

SON DƏQİQƏ! Avropa İttifaqı İranın BU ƏMƏLLƏRİNƏ görə hərəkətə keçdi

Dünya
 7-11-2022, 20:43     201

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Almaniyanın Münster şəhərində keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin görüşünü şərh edib və İranın Rusiyaya verdiyi PUA-larla bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Borrell G7 ölkələrinin xarici işlər nazirlərinin toplantısında Rusiyaya qarşı indiyə qədər həyata keçirilən strategiyanın davam etdirilməsinin qərara alındığını bəyan edib.

Aİ rəsmisi Rusiya prezidenti Vladimir Putinin Ukraynanı fəth edə bilmədiyini və Ukrayna əhalisini terrora məruz qoyaraq ölkəni məhv etməyi planlaşdırdığını bildirib.

“Vladimir Putinin müharibəyə başlamasından 9 aya yaxın vaxt keçib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba videobağlantı vasitəsilə bizə qoşuldu. Rusiyanın son təcavüzünü, o cümlədən mülki əhaliyə və mülki infrastruktura, xüsusilə enerji və su obyektlərinə raketlər və İran PUA-ları ilə hücumları pislədik" - Josep Borrel deyib.

O, İran pilotsuz təyyarələrinin Rusiyaya təhvil verilməsindən son dərəcə narahat olduqlarını və Aİ-nin hərəkətə keçdiyini açıqlayıb.скачать dle 12.1