Bia.Az

Zəfərin mübarək Azərbaycan!

Siyasət
 7-11-2022, 19:18     290

30 il işğalçı Ermənistanın tapdağı altında qalan Qarabağ torpaqlarımız 44 günlük zəfər yürüşündə işğaldan azad edildi. Məhz bu şərəfli missiya keçmişimizi özümüzə qaytardı, bizi bir xalq, Millət olaraq birləşdirdi bu günümüzün uğur reallığını sübuta yetirdi və sabahımızın növbəti qələbələrinin müjdəsini xalqımıza nəsib etdi. Artıq onu da əminliklə vurğulaya bilərik ki, gələcək nəsillərimizin daha parlaq və qüdrətli bir dövlətdə yaşayacağına heç kim şübhə etməsin, çünki bunu Cənab Ali Baş Komandanımız Şuşamızın azad olunduğu gün və sonrakı müraciətlərində dəfələrlə, qətiyyətlə vurğuladı!

Nəhayət, 2020-ci ilin 8 noyabr tarixi “Qarabağ Azərbaycandır!” nidası qoyulmuş oldu. Riyakar və daim cinayətkar siyasəti ilə dünyada işğalçı imici formalaşdıran Ermənistan əbədi və əzəli torpaqlarımızı işğal edərək beynəlxalq hüququn prinsiplərini pozması ilə kifayətlənməyərək, daha da azğınlaşması, qeyri qanuni məskunlaşma, yeni ərazi iddiaları irəli sürərək mülki əhalimizə qarşı terror cinayətlər törətdilər. İllərlə yaratdıqları güclü erməni ordusu mifinə nəinki dünyanı hətta özlərini belə inandırmağı bacarmışdılar. 

44 günlük haqq savaşı adlarını tariximizə əbədi həkk etdirən qəhrəman şəhid və qaziləri tanıtdı. Azərbaycanımızın məğrur, vətənpərvər, cəsur oğullarını nəsillərimiz tanıdı və daim gələcək irsimizə tanıdacaq. Vətən uğrunda qanını canını fəda edən şəhidlərimiz, sağlamlığını qurban verən qazilərimizin vətən borcu ödəndi. Hər qarış torpaqlarımızın azad olunmasına görə onlara borcluyuq və heç zaman unutmamalıyıq.
Artıq 2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi daxil oldu. Cənab Ali Baş Komandanın müdrik və qətiyyətli siyasəti, məğrur və iradəli Azərbaycan Ordusunun əzmi, qanını canını qurban verərək əbədiyyətə qovuşan şəhidlərimiz ruhu və qazilərimizin sağlamlığı bahasına tariximizə bəxş edilən şanlı qələbə bütün dünya azərbaycanlılarını dəmir yumruq ətrafında sıx birləşdirdi və həmrəyliyimiz daha da gücləndi. “Qarabağ Azərbaycandır!” vurğulayan Prezident İlham Əliyev onu xəyallarımızdan tariximizin gerçəkliyinə çevirdi.

Heç kəc unutmamalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu indi hərbi xidmətdə daha ayıq-sayıq, daha əzmli, daha güclü və daha hazırlıqlıdır. Azərbaycan Ordusu üçün Vətən müharibəsindəki Zəfər nəticə yox, başlanğıcdır. Növbəti Zəfərlərin başlanğıcı.

Mən sonda Zəfər Qələbəsinin 2-ci ildönümü münasibətilə xalqımızı və dünya Azərbaycanlılarını təbrik edir, bu qələbə sevincini bizə yaşadan şəhidlərimizə allahdan rəhmət diləyir, qazilərimizə şəfa diləyirəm. 

 Yaşasın Azərbaycan, yaşasın bizə bu qələbəni yaşadan Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!

Həsən Həsənov,
Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini.
скачать dle 12.1