Bia.Az

Rusiya Ermənistanı silahlandırmaqda davam edir – İran üzərindən... (FOTO)

Dünya
 7-11-2022, 16:17     182

Azərbaycan Ermənistana uçan Rusiya təyyarəsini öz hava məkanına buraxmayıb.

“AzPolitika.info” xəbər verir ki, bu baradə “Caliber” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasına 12 ton “humanitar yardım” adı altında silah daşıyan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus - RA-61731; ICAO 14F123 - reyester nömrəli An-148 yük təyyarəsinin uçuşuna icazə verilməyib. Xəbərə görə, bu silahlar sonradan Rusiya sülhməramlılarının maşınları ilə Qarabağdakı separatçılara çatdırılır.

Qeyd olunur ki, Azərbaycanın hava məkanından yan keçən Rusiya təyyarəsi Xəzər dənizi və İran üzərindən Ermənistana silah daşımağa davam edir.



скачать dle 12.1