Bia.Az

Evimizə soxulanların şərəfsiz sonluğu – tayqulaq Andronikin davamçıları yenə baş qaldırsa...

Siyasət
 7-11-2022, 15:55     192

İki il qabaq, bu günlərdə dünya erməni işğalçı ordusunun rüsvayçı, şərəfsiz aqibətinə şahidlik elədi. Azərbaycan xalqının qətiyyət və yekdilliyinin, Ali Baş Komandan ətrafında birliyinin nəyə qadir olduğunu gördü. Bu xalqla pis zarafatların gec-tez nə ilə nəticələnəcəyinə əmin oldu. Azərbaycanlıların təkcə “göyərti satan”, ticarətçi-tacir deyil, həm də torpaq uğrunda canından keçməyə hazır cəsur döyüşçü, bacarıqlı və yenilməz zabit, general olduğuna şəkk-şübhəsi qalmadı.

10 noyabr 2020-ci il tarixli bəyanatla torpaqlarımızda at oynadan Ermənistanın kapitulyasiyası rəsmiləşdi - ən güclü havadarları belə, işğalçı ölkəni əlimizdən və “ipdən” ala, qurtara bilmədi. Azərbaycan Prezidentinin 44 günlük Vətən savaşından az öncə söylədiyi reallaşdı. İlham Əliyev demişdi ki, qoy Azərbaycanla Ermənistanı təkbətək buraxsınlar, onda baxarıq döyüş meydanında kim kimdir.
Elə də oldu. Rusiyanın cəmi ayyarım əlini öz forpostu üzərindən götürməsi bəs elədi ki, təcavüzkarın dərsini artıqlaması ilə verək. “Məğlubedilməz ordu”nun əslində qorxaqlar və fərarilər yığını olduğunu hamıya göstərək.
Beləcə, 30 ilik işğal cəmi 44 günə sonlandı. 10 noyabr 2020-ci il tarixli kapitulyasiya sənədinin imzalanması ilə münaqişənin hərbi mərhələsi bitdi. Doğrudur, hələ ki, Ermənistanı sülh müqaviləsinə məcbur edə bilməmişik. Odur ki, millət, dövlət olaraq ayıq-sayıqlığı itirməməli, eyforiyaya düşməməliyik. Qələbədən baş gicəllənməni yaxına buraxa, arxayınlaşa bilmərik.
Hər halda, mənfur qonşuları və onları üstümüzə qısqırtmaqdan əl çəkməyən çevrələri kim tanımasa da, biz əla tanıyırıq. Onların topasına ən yaxşı cavab - pafossuz-filansız, milli birliyimiz ola bilər!! Bütün zamanlar üçün! Müxtəlif çaplı xarici düşmənlərimizə qarsı ən güclü immunitetimiz də elə budur - MİLLİ BİRLİK!!
Unutmayaq, biz torpaqlarımızı məhz milli vəhdətin böhran keçirdiyi dövrdə - təzəcə müstəqillik qazanan gənc Azərbaycan dövləti daxilində siyasi didişmə və çəkişmələrin, siyasi intriqa və firqə maraqların milli maraqlarımızı üstələdiyi illərdə itirmişik. Kəmfürsət erməni evimizin içinə o vaxt soxula bilmişdi, yurd yerlərimizdə o vaxt yağmalayıb etnik təmizləmə aparmışdı, Xocalı və digər soyqırımları o vaxt törətmişdi ki, biz ortaq düşməni unudub bir-birimizi taqətdən salmaqla məşğul idik, başımız bir-birimizlə haqq-hesab çəkməyə qarışmışdı.
Demək, bir dərsi də özümüz götürməliyik. Türk soyuna qənim kəsilən, başı əzilsə də bizdən qisas almaq üçün alışıb-yanmağa davam edən məkrli tayfaya, “miatsum” virusundan heç cür qurtula bilməyən başdan xəstə millətə, nasist Njdenin, tayqulaq Andronikin ideya davamçılarına Allah eləməsin, bir də belə lüksü tanımamalıyıq! Qılıncımızı qınından çıxarıb bir an belə kənara qoymamalı, kürəyimizi erməni tərəfə çevirməməliyik. Yalnız o halda bizə zaval olmayacaq!..
Vətən müharibəsindəki tarixi zəfərimiz də göstərdi ki, həmrəylik Azərbaycan xalqının çox böyük sərvəti və dəyəridir. Təsadüfi deyil ki, 2-c Qarabağ savaşında ölkəmizin bütün millətləri və dini konfessiyalarının təmsilçiləri eyni şücaəti göstərdilər, şəhidlər verdilər.
Qalib Azərbaycan xalqının unikallığı həm də budur. Düşmən, onun havadarları nə yaxşı ki, bunu hesablaya bilməmişdilər. Bu mənada 44 günlük müharibənin daha bir yekunu Ermənistan və onun müttəfiqinin on illərlə içimizdə apardığı bölücülük xəttinin, separatçı siyasətin, informasiya-təbliğat savaşının iflasıdır.
Amma diplomatik savaş, informasiya mübarizəsi bitməyib. Çünki kapitulyant Ermənistana hələ sülh müqaviləsi imzalatmamışıq. Ancaq imzaladacağıq. Ermənistan, onun iqtidarlı-müxalifətli siyasi-quldur elitası, silahla gəzən dinsiz-imansız katolikosları və erməni lobbisi ağıllarını başlarına yığmalı və anlamalıdırlar ki, sülhün tək alternativi “Dəmir qapaz” olaraq qalır. Budəfəki qapaz isə qat-qat dəhşətli olacaq...
Zahid SƏFƏROĞLUскачать dle 12.1