Bia.Az

"İnter" Messini almağa çalışır"

Gündəm
 8-04-2020, 11:19     334

"İnter" Messini almağa çalışır""İnter"in keçmiş prezidenti Massimo Moratti klubun “Barselona”nın kapitanı Lionel Messini almağı planlaşdırdığını bildirib.

bia.az xəbər verir ki, Milan təmsilçisinin sabiq rəhbəri “Radio Rai”ya açıqlamasında “İnter”in bu transferdə israrlı olduğunu deyib:

"Bunun qadağan olunan bir xəyal olduğunu düşünmürəm. Messinin "Barselona" ilə müqaviləsi sona yaxınlaşır. "İnter" bu transferi reallaşdırmaq arzusundadır. Bu yöndə çalışdıqlarını bilirəm. Koronavirusun bu məsələyə təsir edib-etməyəcəyini bilmirəm, amma ilin sonunda qəribə şeylər görəcəyik”.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin iyununa qədərdir.скачать dle 12.1