Bia.Az

Ağcabədidə Zəfər Günü münasibəti ilə tədbirlər davam edir

Bölgə
 6-11-2022, 16:10     1 122

Ağcabədi rayonunda 8 noyabr- Zəfər  Günü münasibətilə keçirilən silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri də Ağcabədi RMİ Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbində təşkil olunub. Tədbirdə Mərkəzkləşdirilmiş Kitabxana Sisteminin, Qarabağ Muğam Mərkəzinin əməkdaşları, QHT nümayəndələri,qazilər, sözügedən məktəbin şagird və müəllimləri, valideynlər iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Sonra məktəbin direktoru Günel Kərimova çıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altındaölkəmizin şərəfli günlər yaşadığını qeyd edib. G.Kərimova onu da qeyd edib ki, 44 gün davam edən müharibədə torpaqlarımızın azad edilməsi və qələbmiz tariximizin parlaq səhifəsidir, bu qələbədə gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar danılmazdır. 

Daha sonra Ü. Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin şagirdlərinin təqdimatında II Qarabağ müharibəsini əks etdirən səhnəciklər nümayiş olunub, tədbir musiqili konsert proqramı ilə yekunlaşıb.

Rəmziyyə HƏSƏNOVAскачать dle 12.1