Bia.Az

Baydenə BÖYÜK ŞOK - ABŞ lideri impiçmentlə HƏDƏLƏNDİ

Dünya
 6-11-2022, 15:01     165

ABŞ prezidenti Cozef Bayden Kaliforniya ştatında demokrat nümayəndə Mayk Levin üçün təşkil edilmiş təbliğat kampaniyasında impiçment ehtimalını gündəmə gətirib.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Bayden çıxışında bildirib:

"Respublikaçılar indidən mənə deyirlər ki, Nümayəndələr Palatası və Senatda çoxluq qazansalar, məni vəzifəmdən uzaqlaşdıracaqlar. Məni nəyə görə ittiham etdiklərini bilmirəm".

ABŞ liderinin bu açıqlaması gülüşlə qarşılansa da, o zarafat etmədiyini vurğulayıb:

"Mən zarafat etmirəm. Çox şey təhlükə altındadır, amma mən həyatımda heç vaxt bu ölkənin perspektivi ilə bağlı bu qədər optimist olmamışam".

Qeyd edək ki, çərşənbə axşamı keçiriləcək seçkilər Nümayəndələr Palatasında 435 yerin və Senatın üçdə birinin yeni sahiblərini müəyyənləşdirəcək.

Seçkilər həm də keçmiş prezident Donald Tramp üçün referendum deməkdir. Seçkilərdə 200-ə yaxın namizədi dəstəkləyən Trampın nəticələrə əsasən, 2024-cü ildə prezidentliyə namizəd ola biləcəyi deyilir. Hazırda anketlər Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında çoxluğu qazanacağını, Senatda isə yarışın daha rəqabətli olacağını göstərir.скачать dle 12.1