Bia.Az

Paşinyan bir neçə meydanda “rəqs edir” – General

Siyasət
 6-11-2022, 11:41     197

Ermənistan çox təhlükəli şəkildə oyun oynayır. Həm ABŞ, həm ATƏT, həm AB, həm Rusiya, həm Fransa, həm də İranla rəqs edir.

Bu sözləri Axar.az-a Ermənistanın Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutması ilə bağlı danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General rəsmi İrəvanın iki əsas məqsədinin olduğunu vurğulayıb:

“Ən son Soçi görüşündə tərəflər silahlı toqquşmalardan çəkinməklə danışıqlar yolu ilə problemləri həll etmək üçün növbəti dəfə razılığa gəldi. Lakin son 3-4 gündür ki, Kəlbəcər istiqamətində Azərbaycanın mövqeləri atəşə tutulur. Burada iki əsas məqsəd var: Birincisi, rus sülhməramlıların öz vəzifələrini yerinə yetirə bilmədiyini, regiondan kənar beynəlxalq qüvvələrin sərhədə yerləşdirilməsinə ehtiyac olduğu görüntüsünü yaratmaqdır. İkincisi, Azərbaycanı tələyə salmaq və ona işğalçı, təcavüzkar damğasının vurulmasına nail olmaqdır. Lakin bu çox təhlükəli bir rəqsdir. Ermənistanı idarə edənlər belə çoxtərəfli oyun oynamaq qabiliyyət və gücünə sahib deyil. Əhali aclıq içində çırpınır, ölkə kənardan gələn yardımlarla dolanır, ancaq ordunun silahlandırılmasından danışırlar. Azərbaycan Ordusu bütün təxribatların cavabını verəcək gucdədir. Qarşıdan Şanlı Qələbənin 2-ci ili gəlir. Türkiyə və Azərbaycan Ermənistanı sülhə çağırır. Ermənistan odla oynayır. Odla oynayanın da sonu həmişə odda yanmaq olur”.скачать dle 12.1