Bia.Az

DTX RƏİSİ ERMƏNİSTANA XƏBƏRDARLIQ EDİB - "Bu, çox təhlükəli tendensiyadır..."

Siyasət
 5-11-2022, 22:27     160

Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr isə regionda yaranmış yeni reallıqları qəbul etməlidir.

APA xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev deyib.

O bildirib ki, Ermənistan Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər:

Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”,- deyə Dövlər Təhlükəsizliyi Xidmətinin rəisi bildirib.

Əli Nağıyev bildirib ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir: “Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!”.скачать dle 12.1