Bia.Az

Cahangir Əsgərov vəzifəsindən azad olundu?

Siyasət
 5-11-2022, 16:00     184

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edildiyi iddia olunub.

Axar.az xəbər verir ki, bu barədə Publika.az sosial şəbəkələrə istinadla məlumat yayıb.

AZAL-ın mətbuat xidmətindən məlumat nə təsdiq, nə də təkzib edilib.

Xatırladaq ki, C.Əsgərovun vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamı yayılmayıb.

Yalnız AZAL-ın strukturunda dəyişiklik edilib və vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.

Bununla da AZAL-da iki birinci vitse-prezident müəyyənləşib.

Qeyd edək ki, C.Əsgərovun 72 yaşı var. O, 1996-cı ildən "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru, 2008-ci ildən isə konsernin əsasında yaradılan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentidir.скачать dle 12.1