Bia.Az

Vaşinqtonda Ermənistana təqdim edilən sülh müqaviləsinin əsas elementləri müzakirə ediləcək

Siyasət
 5-11-2022, 15:25     179

Vaşinqtonda gözlənilən görüşün gündəliyində müxtəlif mövzular var. Lakin XİN səviyyəsində əsas trek sülh müqaviləsi üzərində işlə bağlıdır.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Bildiyiniz kimi, oktyabrda Cenevrədə görüşümüz oldu. Bu görüşdə daha əvvəl təqdim olunmuş 5 prinsip üzərində genişlənmiş elementləri qarşı tərəfə təqdim etmişdik. Qarşı tərəfin buna reaksiya istənilmişdi və qarşı tərəf bildirmişdi ki, bunun üçün əlavə vaxt lazımdır. Bu, təkliflərin öyrənilməsi və geri dönüş üçün təbiidir. Düşünürəm ki, bu görüş zamanı bizim bu məsələləri müzakirə etmək imkanımız olacaq”, - XİN rəhbəri əlavə edib.скачать dle 12.1