Bia.Az

VƏTƏNDAŞ MÖVQEYİ

Gündəm
 6-04-2020, 20:55     376

VƏTƏNDAŞ MÖVQEYİDünyada haqq-ədalət anlayışı tapdaqlar altına atılarkən, bəşər tarixində belə bir hallar da baş verir. Günahsız insanların, azyaşlı körpələrin ah-naləsi, göylərə ucalan bəndələrin fəryadı ilahinin dərgahına yüksəldikdə, məhz o böyük Yaradan öz xəbərdarlığını edir. Naqislər, qaniçənlər, başkəsənlər, haqq-ədalət anlayışını tapdaqlar altına atanlar Allah-Təalanın dərgahında cavab verəcəyi günlə hədələnirlər. O halın varlığını da unutmaq olmaz ki, iudaizm, xristianlıq və islam kimi böyük dünyəvi dinlər hərc-mərclik son həddə çatdıqda Allah-Təala tərəfindən Musa, İsa və Məhəmməd Peyğəmbər salavatullahları yer kürəsinə göndərməli oldu.

Uca Tanrı tərəfindən göndərilmiş və hələ ki, bir növ müalicəsi mümkünsüz ğörünən bu bəla koronavirus pandemiyası (Covid-19) adlanır. Kov ingilis dilində korona sözünün qısa formasıdır və bizim dilə tərcümə etdikdə taclı mənasında başa düşülür. Vid isə ingilis dilində virus sözünün qısa formasıdır və xəstəlik deməkdir. Covid-19 pandemiyası artıq neçə gündür ki, dünyanı kütləvi ölümlə cənginə alıb və 2019-cu ildən topsuz, tufəngsiz, nuvəsiz muharibənin başlandığını bildirir. Pandemiya anlayışına gəldikdə isə, bu yunan söz birləşməsi olub və bütün xalqları əhatə edən mənasını ifadə edir. Son dövrlər yer kürəsinin əşrəfi hesab olunan bəşəriyyətin varlığını sual altına alan bu səssiz cahan savaşı, kiçik və orta səviyyəli idarəciliklərdə harınlaşıb, Allahın varlığını danıb və bir növ Allahlıq iddiasına düşənlərin qəlbində İlahinin varlığı xofunu yaratmağa xidmət edir. İstər varlı, istər ortabab, istərsə də yoxsul olan hər kəs bu üçüncü cahan savaşının qurbanı olmaqdan heç də sığortalanmayıb. Buna görə də, hər kəs bəşəriyyətin varlığı naminə həm özünü, həm də ətrafını qorumağa çalışmalıdır. Yaxşı hal o olar ki, hər kəs dövlətimizin koronavirusun qarşısının alınması yöndə zamanında elan etdiyi karantin rejiminin tələblərinə uyğun hərəkət etməli, “Evdə qal” kompaniyasına qoşulmalıdır.

"İCTİMAİ XƏBƏR AGENTLİYİ"NİN RƏHBƏRİ

RASAFİL BAYRAMOV.скачать dle 12.1