Bia.Az

Gəncədə 3 200 manatlıq boyunbağı oğurlandı

Bölgə
 25-02-2020, 18:10     402

Gəncədə 3 200 manatlıq boyunbağı oğurlandıGəncə şəhərində soyğunçuluq edən şəxslər saxlanılıb.

Bu barədə "bia.az"in Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, fevralın 19-da Gəncə şəhər sakini E.Əhmədovanın yaşadığı binanın dəhlizində boynunda olan 3 200 manatlıq qızıl boyunbağını açıq yolla talayaraq ona qarşı soyğunçuluq edilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdiyi təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağdam şəhər sakini, 26 yaşlı Əyyub Razimco və Bərdə şəhər sakini, 23 yaşlı Surxay Həsənov şübhəli şəxs qismində maddi sübutla birlikdə saxlanılıblar.

İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadisələrini etiraf edərək boyunbağını Bərdə şəhərində 2 330 manata satdıqlarını və əldə etdikləri pulu xərclədiklərini bildiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.скачать dle 12.1