Bia.Az

ABŞ-dan Ermənistanla bağlı xəbərdarlıq: Uzaq durun!

Dünya
 5-11-2022, 01:28     152

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müxalifət hərəkatının paytaxt İrəvanda noyabrın 5-də keçirəcəyi mitinqdə iştirak etməmək barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, xəbərdarlığa səbəb toqquşma və iğtişaş təhlükəsidir.

Səfirlik bildirir ki, nümayişlər gözlənilməz ola bilər.

"Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və zorakı hərəkətlərə çevrilə bilər. Ərazidən kənar durun, yeniliklər barədə yerli medianı yoxlayın, izdihamdan və nümayişlərdən qaçın. Dostlarınızı və ailənizi xəbərdar edin”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Xatırladaq ki, noyabrın 5-də müxalifət Fransa meydanında mitinq keçirəcək.скачать dle 12.1