Bia.Az

Rusiya prezidentindən müharibə ilə bağlı YENİ AÇIQLAMALAR

Dünya
 5-11-2022, 01:10     157

Milli Birlik Günü münasibətilə Kuzma Minin və Dmitri Pozarski parkına gül qoyan Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə davam edən müharibə ilə bağlı tənqidi açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Vladimir Putinin bu açıqlamaları dünya mətbuatında gündəm olub. 

"Onlar Rusiyanı zəiflətmək və məhv etmək istəyirlər. Biz Ukraynadakı əməliyyatlara tarixdən dərs çıxararaq başladıq”, - deyə Vladimir Putin bildirib.
Vladimir Putin Qırmızı Meydandakı proqramından sonra Rusiya Hərbi Tarixi Cəmiyyətinin xidmətə verildiyi proqrama qatılıb.
640xauto.jpg (52 KB)

Buradakı çıxışlarında da Ukrayna ilə bağlı açıqlamalar verən Putin yenə qərb ölkələrinin Rusiyanı parçalamağı hədəflədiyini bildirib: "Öz maraqları üçün tarix boyu Rusiyanı zəiflədib, parçalayıblar. Bu gün Ukraynaya davamlı olaraq əsgər və silah göndərirlər. Onlar mənasız geosiyasi məqsədlər güdürlər. Öz vətəndaşlarına qarşı amansızdırlar. Rusiyanı da zəiflətmək və məhv etmək istəyirlər. Rusiya 1941-ci ilin səhvlərini təkrarlamamaq üçün xüsusi hərbi əməliyyata başladı.Həmin vaxt nasistlərin kəşfiyyat məlumatlarına baxmayaraq Almaniyanın Sovet İttifaqına hücumu qaçınılmaz oldu, ölkə hökuməti özünü müdafiə etmək üçün heç bir lazımi tədbir görmədi".скачать dle 12.1