Bia.Az

Ağ Ev Baydenin “İranı azad edəcəyik” ifadəsinə aydınlıq gətirməli oldu

Dünya
 5-11-2022, 01:03     168

Ağ Ev ABŞ prezidenti Co Baydenin İranın “azad edilməsi” ilə bağlı bəyanatına izahat verməyə çalışıb.

Xatırladaq ki, dünən Bayden Kaliforniyada çıxışı zamanı "Narahat olmayın, biz İranı azad edəcəyik, onlar tezliklə özlərini azad edəcəklər", - ifadəsini işlətmiş və bu beynəlxalq aləmdə böyük hay-küyə səbəb olmuşdu.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalında məlumat yayılıb. Ağ Evin sözçüsü Baydenin seçki kampaniyası zamanı "Biz İranı azad edəcəyik" deyərkən etirazçılarla "həmrəy olduğunu" söyləmək istədiyini bildirib.

Ağ Evə görə, Bayden əslində İrandakı etiraz hərəkatına sadəcə dəstəyini ifadə edirmiş. Milli Təhlükəsizlik Şurasının kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də bu versiyanı təsdiqləyib. Onun sözlərinə görə, İran rəhbərliyi “özlərinin yaratdığı problemlərlə üzləşib”.


Con Kirbi, prezidentin “iranlıların tezliklə özlərini azad edəcəkləri” ifadəsinə baxmayaraq, ABŞ-ın “İran rejiminin dəyişmə astanasında olduğuna” dair heç bir əlamət görmədiyini vurğulayıb.скачать dle 12.1