Bia.Az

“İrandakı rejim qısa müddətə çökə bilər” - GƏLİŞMƏ

Siyasət
 4-11-2022, 16:03     172

“Ermənistanın baş naziri Nikol Paşinyan Soçidəki üçtərəfli görüşdən dərhal sonra Tehrana gedib İran prezidenti İbrahim Rəisiyə görüşün nəticələri barədə məlumat verdi. Paşinyanın İrandan başqa gedəsi yeri də yox idi. Yəni İran deyilən dövlətin dörd tərəfinə baxın, bir dostu da yoxdur. Ermənistan istisna olmaqla, digər qonşuları ilə düşmənçilik edir. Yalnız Nikol Paşinyanla dostdurlar. Paşinyan da Rusiyadan gözlədiyini ala bilmədiyi üçün İrana sığındı. O, İrandan həm də silah almaq istəyir”.

Bunu Reyting.az-a sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.

F. Cəlilov xatırladıb ki, son 30 ildə işğalçı Ermənistana nəfəslik verən İran İslam Respublikasıdır: “Söhbət İslam Respublikasının şiə qardaşlarına qarşı soyqırımı törətmiş xristian Ermənistana dəstəkdən gedir. Əslində Ermənistanın nəfəsliyi yox idi. Çünki sərhədlərdə əsasən türklərlə əhatə olunub. Üstəlik, Ermənistanı silahlandıran Rusiyanın da onunla sərhəddi yoxdur. Yeganə nəfəslik İran idi və ondan gen-bol istifadə edirdilər. İrandakı hakimiyyətlər də son 30 ildə Azərbaycanın ərazisini işğal altında saxlamış Ermənistana hər cür dəstək verib və bunu gizlətməyib. Bu dəstək hələ də davam edir. Odur ki, Paşinyanın gedəsi yeri İran idi və orada getdi”.

Professor əlavə edib ki, İran-Ermənistan dostluğu Azərbaycana qarşı yönəlsə də, bu, ölkəmizə heç bir problem yarada bilməz. Onun sözlərinə görə, Ermənistan İrana arxalansa da, İranın özünün vəziyyəti kritikdir: “Bu saat sanki İran ətrafında “güclü zəlzələ” başlayıb. Daxildə də vəziyyəti gərgindir, əhali iki aya yaxındır mövcud rejimə qarşı etiraz aksiyası keçirir. Qonşu Əfqanıstan, Pakistan, ərəb ölkələri, İraq gözləyir ki, İran bir raket atsın. Yəni hamı bəhanə axtarır. Hətta bir qədər uzaqda olan İsrail də. Hamısı İranın üzərinə çöküb bir günün içində istədiklərinə nail olacaqlar. Belə olarsa, İrandakı rejim qısa müddətə çökə bilər. Ona görə də, İranın və Ermənistanın Azərbaycana heç bir təhlükəsi yoxdur”.

F. Cəlilov sonda qeyd edib ki, İran əsassız olaraq Azərbaycana qarşı çıxmaq və Ermənistana hərbi dəstək vermək əvəzinə, daxildəki problemlərinin həlli ilə məşğul olsa, yaxşıdır.
скачать dle 12.1