Bia.Az

3 turnir, 24 ölkə, 64 komanda

İdman
 4-11-2022, 15:44     347

UEFA-nın klub turnirlərində 2022-2023 mövsümünün qrup raundları bitib. Novator.az bildirir ki, növbəti mərhələlərə 24 ölkənin 64 komandası çıxıb: Çempionlar Liqasında 16, Avropa Liqası və Konfrans Liqasının hər birində 24 komanda yer alır.

Çempionlar Liqasındakı komandaların 9-u titul sahibidir. 1955-ci ildən keçirilən, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Real” 14, “Milan” 7, “Bavariya”, “Liverpul” 6, “İnter” (İtaliya) 3, “Benfika”, “Portu”, “Çelsi” 2, “Borussiya” (Dortmund) 1 zəfər qazanıb.
Avropa Liqasındakı 8 komandanın turnirdə qələbəsi var. 1971-ci ildən keçirilən, 2008-ci ilədək UEFA kuboku adlanmış turnirdə “Sevilya” 6, “Yuventus” 3, “Feyenoord” 2, “Ayaks”, PSV, “Bayer”, “Şaxtyor” (Ukrayna), “Mançester Yunayted” 1 uğur əldə edib.
2021-ci ildən keçirilən Konfrans Liqasının yeganə qalibi “Roma” Avropa Liqasında yarışır.
Mövsümə Çempionlar Liqasında başlayıb Avropa Liqasına keçən Azərbaycan təmsilçisi “Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək, 1/8 finala çıxmaq uğrunda yarışacaq. Mümkün rəqiblər bunlardır: “Fiorentina”, (İtaliya) “Anderlext”, “Gent” (Belçika), “Lex” (Polşa), “Partizan” (Serbiya), “Dnepr-1” (Ukrayna), “Kluj” (Rumıniya), “Bazel” (İsveçrə).
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 29-cu yerdədir. 2022-2023 mövsümündə komandaları qalan Türkiyə 12-ci, Ukrayna 16-cı, Moldova 32-ci pillədə qərar tutub.
Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Qrup mərhələsi və sonrakı raundlar üçün 1-5 arası bonus xalları da var.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
2022-2023 mövsümündə Azərbaycan 3,500 əmsal əldə edib.скачать dle 12.1