Bia.Az

Bahəddin Həzinin kitabı təqdim olunacaq

Cəmiyyət
 4-11-2022, 15:26     178

Noyabrın 5-i, saat 14-də Bakıda, “Park Bulvar”da əməkdar jurnalist, siyasi publisist Bahəddin Həzinin “Ölümcül həqiqətlər” kitabının imza günü keçiriləcək.

“Qanun” nəşriyyatının buraxdığı kitabda Bahəddin Həzinin publisistik yazıları, esseləri, xatirələri, bədii əsərləri toplanıb.

“Həyatımın ölümcül həqiqətləri” xatirə-povestində müəllif jurnalist kimi qarşılaşdığı təhlükələrdən, o cümlədən həyatına qəsddən bəhs edib.


Bahəddin Həzi 1965-ci il aprelin 28-də Füzulinin Seyidəhmədli kəndində doğulub. Bakı Dövlət Universitetini bitirib, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, “Xazar” jurnalında, “Turan” informasiya agentliyində, “Azadlıq”, “Çağ”, “Avrasiya” və “Ekspress” qəzetlərində, “Azadlıq” radiosunda işləyib.

“Bizim yol” qəzetinin, Bizimyol.info xəbər portalının baş redaktorudur.скачать dle 12.1