Bia.Az

KEÇMİŞ NAZİR FAZİL MƏMMƏDOV VƏFAT ETDİ - Ölüm səbəbi açıqlandı + VİDEO (Yenilənib)

Cəmiyyət
 4-11-2022, 14:32     186

Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri təsdiqlənib. Bununla bağlı mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, F.Məmmədovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür.

İlkin məlumata görə, sabiq nazir ötən gecə Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.



Qeyd edək ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.
1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.
1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının vergilər naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.
2007-2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.
***
Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.
Bu barədə "Report"a onun ailəsindən məlumat verilib.
Qeyd olunub ki, F.Məmmədov ötən gecə dünyasını dəyişib.скачать dle 12.1