Arxiv

Oxunub:101 / 11 sen 10:25sosial

Bakıda beşmərtəbəli binaların söküntüsü başladı – FOTO



Bakıda beşmərtəbəli binaların söküntüsü başladı – FOTO













Yasamal rayonu, "Şərifzadə küçəsində 174 və 162 saylı beşmərtəbəli binalar qəzalı olduğu üçün sökülür.

Aznews.az xəbər verir ki, binalar, demək olar ki, tam boşaldılıb və hazırda söküntü aparılacaq ərazi hasara alınır. Tikililər qəzalı olduğundan dövlət sifarişi əsasında sökülür.

Hazırda binalarda yaşayan 224 ailə müvəqqəti olaraq kirayə evlərdə yerləşdirilib. Sökülən binaların yerində 14 mərtəbədən ibarət 2 hündürmərtəbəli bina inşa ediləcək. Şirkət rəsmisi Lalə Həmidovanın Aznews.az-a verdiyi məlumata görə, ümumilikdə 224 mənzildən ibarət olacaq binalar 20 ay müddətində hazır olacaq. Tikilinin birinci və ikinci mərtəbələri isə müxtəlif məqsədli obyektlər üçün icarəyə veriləcək.
[center]