Arxiv

Oxunub:87 / 11 sen 10:05sosial

Valideynlərin nəzərinə: iş dəftərləri məcburi deyil



Valideynlərin nəzərinə: iş dəftərləri məcburi deyil














Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) olaraq, bizim ibtidai siniflərdə iş dəftərlərinin istifadəsi ilə bağlı məcburiyyət qoymamışıq, məhdudiyyətimiz yoxdur.
Bunu BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

Onun sözlərinə görə, uşaqların inkişafına təsir və təmin edən əlavə tədris materiallarının çoxluğu təbii ki, onların təhsilinə xidmət edir.

M.Vəliyeva qeyd edib ki, bəzi hallarda uşaqlara iş zamanı müəllimlər öz yanaşmalarından istifadə edirlər: "Bu il İdarənin tabeliyindəki Təlimə Dəstək Mərkəzi nəinki ibtidai sinif, ümumiyyətlə, bütün fənlər üzrə müəllimlərin fəaliyyətini istiqamətləndirəcək. Düşünürəm ki, bu məsələdə də ibtidai sinif müəllimlərinə lazımi və səmərəli tövsiyələr veriləcək".

///Trend