Bia.Az

“Kinoya ayrılan pullar hara xərclənir?”- Rejissordan şikayət

Cəmiyyət
 3-11-2022, 18:03     162

“Son üç ilə yaxındır ki, filmlərin təqdimatı yoxdur. Bəs kinoya ayrılan pullar hara xərclənir?”

Musavat.com bildirir ki, bu barədə ssenarist, rejissor Cəlaləddin Qasımov qeyd edib. Onun sözlərinə görə Mədəniyyət Nazirliyinə 5 bədii filmin ssenarisini təqdim etsə də, onlardan heç biri bəyənilməyib:

“Banklardan kredit götürərək 5 filmi öz hesabıma istehsal etdim. Həmin filmlərimlə beynəlxalq festivallarda 170 mükafat aldım. Bütün mükafatlar ssenariyə verildi.

Beynəlxalq festivallarda Ermənistanın Qarabağ mövzusunda çəkdikləri filmləri ürək ağrısı ilə seyr edirəm. Bununla da ermənilər dünya ictimaiyyətini saxta yalan məlumatlara inandıraraq, özlərini Qafqazın ən mədəni xalqı kimi göstərirlər. Son üç ilə yaxındır ki, filmlərin təqdimatı yoxdur. Bəs kinoya ayrılan pullar hara xərclənir?”.скачать dle 12.1