Bia.Az

Erməni siyasətçilər Lukaşenkonu hədəfə götürüb - "KTMT-ni Azərbaycanın..."

Dünya
 2-11-2022, 17:53     188

Son günlərdə Ermənistanda Belarus və onu lideri Aleksandr Lukaşenkoya qarşı tənqidi hücumlar artıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Zohrab Mnatsakanyan öz mikrobloqunda KTMT-nin bölgədəki proseslərlə əlaqədar mövqeyi ilə bağlı yazı dərc edib.

“KTMT öz üzvləri üçün kollektiv təhlükəsizlikdən başqa hər şeydir. Belarus açıq şəkildə onu Azərbaycan üçün kollektiv təhlükəsizlik təşkilatına çevirir. Elə Belarusun özünə gəlincə, ironiya ondan ibarətdir ki, onlar KTMT-də müttəfiqimiz olsa da, həm də Qoşulmama Hərəkatının üzvüdür. Bu, gülüncdür”, - deyə Zöhrab Mnatsakanyan bildirib.

Keçmiş nazir Lukaşenkonu açıq tənqiddən də çəkinməyib və onu diktator adlandırıb.

“Belarus diktatorunun açıq-aşkar mühakimələri və qəzəb püskürməsi təhlükəlidir...”, - deyə o, yazıb.скачать dle 12.1