Bia.Az

RUSİYA TAXIL RAZILAŞMASINA QAYITDI – Müdafiə Nazirliyi “u” dönüşünü necə əsaslandırıb?

Dünya
 2-11-2022, 17:44     176

Bu gün - noyabrın 2-də Rusiya Ukrayna taxılının ixracı razılaşmasına qayıdıb.

"AzPolitika.info" xəbər verir bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlik bildirib ki, Moskva Kiyevdən taxıl dəhlizinin hərbsizləşdirilməsinə dair “kafi qarantiyalar” alıb: "Rusiya hesab edir ki, hazırkı vəziyyət üçün kafi qarantiyalar alıb və sazişin tətbiq edilməsinə qayıdır”, - açıqlama qeyd olunur.

Bu bəyanatdan az əvvəl Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan ölkəsinin parlamentində demişdi ki, noyabrın 2-də taxılın daşınması planlaşdırıldığı kimi davam etdiriləcək. Bundan daha əvvəl Rusiya və Türkiyə Müdafiə nazirləri arasında telefon danışığı olmuşdu.

Moskva BMT vasitəçiliyi ilə razılaşdırılmış bu sazişdən çıxdığını oktyabrın 30-da bəyan etmişdi. Rusiya tərəfi iddia edirdi ki, Ukrayna taxıl dəhlizindən ilhaq edilmiş Krımdakı Sevastopol dəniz bazasına dron zərbəsi endirmək üçün istifadə edib.
скачать dle 12.1