Bia.Az

Şok: Paşinyan BUNU etməsə, Azərbaycan Ordusu Xankəndiyə girəcək – Hərbi analitiklə CANLI

Siyasət
 2-11-2022, 17:37     186

Tanınmış rusiyalı politoloq Sergey Markov Qarabağla bağlı mümkün 4 ssenarini ümumiləşdirib. Markovun ehtimallarını təqdim edir: Qarabağla bağlı çox güman ki, dörd ssenaridən biri baş verəcək:

1-ci ssenari. Azərbaycan heç bir şərt olmadan Qarabağın Azərbaycan ərazisi kimi Ermənistan tərəfindən tanınmasını tələb edəcək. Yoxsa, 3 ildən sonra sülhməramlılarla bağlı müqavilə başa çatacaq və onlar Qarabağı tərk edəcəklər. Azərbaycan Ordusu sakitcə Qarabağa girəcək, Ermənistan ordusu isə zəifliyinə görə müqavimət belə göstərməyəcək.
2-ci ssenari. Azərbaycanın bu planını puça çıxarmaq üçün Paşinyan ya Rusiyanı münaqişəyə cəlb etməyə çalışacaq, ya da Rusiyanı rusların Fransa, AB, ABŞ kimi düşmənləri ilə əvəz edəcək.
3-cü ssenari. Paşinyanın bu planını puça çıxarmaq üçün Rusiya Paşinyanın yerinə daha çox rusiyayönlü siyasətçi gətirməyə çalışacaq.
4-cü ssenari. Bu arada Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda sülh sazişi üzrə danışıqlar aparılacaq, lakin bir nəticə ilə - nəticəsiz.
Azərbaycan və Ermənistan liderlərinin Putinin iştirakı ilə Soçidə apardığı danışıqların nəticələri, bir sözlə, müsbət, lakin nəticəsizdir. Müsbətdir, çünki onlar ümumi bəyanat veriblər və hələ də sülh razılaşması əldə etmək istəyirlər. Heç bir faydası olmadı, çünki onlar bu sülh müqaviləsinə doğru irəliləmədilər.
TVMusavat-ın saat 16:30-da canlı efirində hərbi analitik Alp Arslan İmamqulu ilə gündəmi müzakirə edirik:
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
outube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat

Musavat.comскачать dle 12.1