Bia.Az

Karantinə alınan Şeyma üsyan etdi: “Əlim-qolum bağlıdır”

Gündəm
 7-04-2020, 14:31     435

Karantinə alınan Şeyma üsyan etdi: “Əlim-qolum bağlıdır”Koronavirus hər kəsə təsir etdiyi kimi məşhurların da həyatına təsirsiz ötüşməyib.
bia.az xəbər verir ki, Şeyma Subaşı İnstaqramda hekayə bölümündə ağladığı anın görüntüsünü paylaşaraq, qızı üçün darıxdığını qeyd edib:

“Bəli, həmişə İnstaqramda gözəl oynayıram. Elə deyilmi? Pozitiv olun, pozitiv qalın deyə. Niyə arıqladığımı bilmək istəyirsiniz? Çünki kədərliyəm, depressiyadam. Qızımı görmək istəyirəm. Hər gün ağlayıram. Hər şeyin öhtəsindən gələ bildim, amma indi əlim-qolum bağıdır. Lənət olsun sənə, koronavirus”.

Qeyd edək ki, Şeyma italiyalı sevgilisi Quido Senia ilə İsraildən döndükdən sonra İstanbuldakı evində karantina alınıb. Qızı isə Dominikdə atası Acun Ilıcalı ilə birlikdədir.

Karantinə alınan Şeyma üsyan etdi: “Əlim-qolum bağlıdır”
скачать dle 12.1